Kateqoriyalar
Sırala
ID 0145261

Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb

Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb. Komandanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Yığmanı azarkeşlər, yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar. Xatırladaq ki, tarixində ikinci dəfə Avropa çempionu olan Azərbaycan millisi final matçında Ukraynanı iki cavabsız qolla üstələyib. Komanda daha əvvəl 2022-ci ildə bu titulu qazanmışdı.

Digər fotolar
arrow-up