Kateqoriyalar
Sırala
ID 0145290

Üçüncü Beynəlxalq Nine Senses Fest 2026 festivalına həsr olunmuş mətbuat konfransı

Üçüncü Beynəlxalq Nine Senses Fest 2026 festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən "Nine Senses Art Center"in direktoru Natalya Jukova bildirib ki, festival çərçivəsində ilk dəfə gənc iştirakçılar üçün xüsusi proqrama malik uşaq klubu təşkil ediləcək. Onun sözlərinə görə, üçüncü festivalın əsas yeniliklərindən biri uşaqlar üçün təcrübəli mütəxəssislərin rəhbərliyi altında yaradıcı və inkişafetdirici məşğələləri əhatə edən xüsusi proqram olacaq. O, həmçinin bildirib ki, festivalın ilk günü – iyunun 12-də tədbirlər Bakıda altı məkanda təşkil ediləcək. Festivalın əsas hadisələri 13 və 14 iyun tarixlərinə planlaşdırılıb və Sea Breeze-də (Nine Senses Sea Breeze və Sea Breeze Event Hall) keçiriləcək. Natalya Jukovanın sözlərinə görə, festivalda müxtəlif ölkələrdən dəvət olunmuş sənətkarlar və ekspertlər iştirak edəcəklər. Onların arasında neyroqrafikanın yaradıcısı Pavel Piskaryov də var. Bundan başqa, iyunun 11-də Nine Senses Fest çərçivəsində şəxsi inkişaf və yaradıcı transformasiya mövzusuna həsr olunmuş "İnkişaf xətti" adlı sərginin açılışı baş tutacaq.

Digər fotolar
arrow-up