Kateqoriyalar
Sırala
ID 0145660

Zəngilanda keçirilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Zəngilan şəhərində regional müşavirə keçirilir. Tədbirdə aidiyyatı dövlət qurumlarının nümayəndələri, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Kəlbəcər və Laçın rayonlarından olan fermer və sahibkarlar iştirak edirlər. Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib. Tədbirdə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, qarşıdakı illərdə Azərbaycanda kənd təsərrüfatı və akvakultura sahələrinin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olacaq. Onun sözlərinə görə, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə aqrar sektorda mövcud vəziyyət geniş təhlil olunub, ərzaq təhlükəsizliyinin təmin edilməsi, məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Digər fotolar
arrow-up