Kateqoriyalar
Sırala
ID 0145794

"Miniboss Biznes Məktəbi"nin təşkilatçılığı ilə keçirilən Startaplar üzrə Milli Çempionat

"MiniBoss Business School Baku"nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaq və yeniyetmələr arasında Startaplar üzrə Milli Çempionat uğurla baş tutub. Çempionatda 20 komanda iki əsas istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında mübarizə aparıb. İştirakçıların layihələri mənfəətlilik, innovativlik, mediada işıqlandırılma, münsiflər heyətinin suallarına cavab vermə bacarığı kimi meyarlar əsasında qiymətləndirilib. Çempionatın yekun nəticələrinə əsasən, hər iki kateqoriya üzrə ən yüksək nəticə göstərən üç komanda qalib elan olunub. Bununla yanaşı, iştirakçılar müxtəlif xüsusi nominasiyalar üzrə də mükafatlandırılıblar. Münsiflər heyəti komandaları "Ən yaxşı təqdimat", "Ən kreativ ideya", "Ən innovativ ideya", "Ən yaxşı məhsul dizaynı", "Ən yaxşı səhnə çıxışı", və "Ən uğurlu brend adı" nominasiyaları üzrə qiymətləndirib. Çempionatın təqdimat mərhələsindən sonra ənənəvi "MiniBoss Bazar" təşkil olunub. Sərgi-satış formatında keçirilən bu platformada tələbələr öz məhsul və xidmətlərini tədbir qonaqlarına təqdim edərək real satış həyata keçirmək imkanı əldə ediblər. Bu mərhələ gənc sahibkarların satış təcrübəsi qazanmasına və müştərilərlə birbaşa ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb. Qeyd edək ki, "Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır.

Digər fotolar
icon
arrow-up