Kateqoriyalar
Sırala
ID 0145839

Bakıda təşkil olunan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları

İyunun 16-sı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına rəsmən start verilib. Tədbir çərçivəsində Azərbaycan Halal Biznes Forumunun açılış mərasimi baş tutub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı Azərbaycanın halal iqtisadiyyatın inkişafını strateji əhəmiyyətli iqtisadi istiqamət kimi qiymətləndirdiyini vurğulayıb. O qeyd edib ki, bu gün halal iqtisadiyyat qlobal bazarın ən dinamik inkişaf edən seqmentləri sırasındadır. İslam İnkişaf Bankının (IsDB) Kuala-Lumpurdakı Qabaqcıl Təcrübə Mərkəzinin rəhbəri Samer Elesavi isə Azərbaycanın özünün strateji coğrafi mövqeyi və iqtisadiyyatın şaxələndirilməsi kursu sayəsində regional halal dəyər zəncirlərinin inkişaf etdirilməsi, eləcə də yeni investisiyaların cəlb olunması üçün böyük potensiala malik olduğunu söyləyib. Daha sonra forum çərçivəsində "Liderlərin strateji dialoqu: Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşdirmə" adlı panel müzakirə keçirilib.

Digər fotolar
arrow-up