Kateqoriyalar
Sırala
ID 0145924

Bakıda təşkil olunan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları

İyunun 16-sı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək himayəsi altında İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına rəsmən start verilib. Toplantı çərçivəsində "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbiri baş tutub. Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiqlənmiş 2026–2030-cu illər Dövlət Proqramı intensiv, yüksək texnologiyalı və ixracyönümlü kənd təsərrüfatı modelinin inkişafı üçün aydın və hüquqi əsaslara söykənən yol xəritəsi müəyyən edir. Proqramın effektiv icrasını təmin etmək məqsədilə bütün iqtisadi rayonlarda regional məsləhətləşmələr aparılır. Bu yanaşma yerli istehsal modellərinin beynəlxalq bazarların tələb və investorların gözləntilərinə uyğunlaşdırılmasına xidmət edir. Azərbaycana investisiya yatırmaqla investorlar həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət əlaqələrinin genişləndirilməsinə və regional halal dəyər zəncirlərinin inkişafına yönəlmiş strukturlaşdırılmış əməkdaşlıq mexanizmlərinə birbaşa çıxış əldə edirlər. Bu isə ölkəni halal aqrar istehsal və ixrac üçün cəlbedici regional mərkəzə çevirir.

Digər fotolar
arrow-up