İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində baş tutan tədbirlər
Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısının ikinci günü çərçivəsində IsDB İnstitutu ilə Labuan Maliyyə Xidmətləri İdarəsi arasında anlaşma memorandumlarının mübadiləsi baş tutub. Memorandum IsDB İnstitutu tərəfindən Labuan Beynəlxalq Biznes və Maliyyə Mərkəzi bazasında hazırlanmış "Əl-Kaa" azad zonalarının innovativ konsepsiyasının hazırlanması və mümkün tətbiqi məqsədilə texniki qarşılıqlı fəaliyyətin inkişafını nəzərdə tutur. Sənədləri Labuan Maliyyə Xidmətləri İdarəsinin baş direktoru Afendi Raşti (sol) və IsDB İnstitutunun baş direktoru vəzifələrini icra edən Sami Əl-Suvaylem (sağ) mübadilə ediblər.
Digər fotolar
