Kateqoriyalar
Sırala
ID 0146161

Rəssam Günay Bəylərova

Günay Bəylərova kiçik yaşlarından sənətə həvəs göstərib. O, hələ 5 yaşında olarkən Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzində rəssamlıqla məşğul olmağa başlayıb. Onun İlk fərdi sərgisi 2005-ci ildə təşkil olunub. 2012-2016-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) sənətşünaslıq fakültəsində təhsil alıb. 2016-2019-cu illərdə həmin akademiyanın təsviri incəsənət fakültəsində "Dəzgah rəssamlığı" ixtisası üzrə təhsilini davam etdirən Günay Bəylərova 2019-2021-ci illərdə həmin fakültədə magistratura pilləsini bitirib. O, Heydər Əliyev Fondunun təşkil etdiyi "Sevgi parkı" layihəsinin, "Nəsimi", "Qız qalası", "Live fest" festivallarının iştirakçısıdır. 2021-ci ildə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında və Ağdamda "Yaddaşın rəssamlığı" incəsənət simpoziumunda iştirak edib. Gənc rəssam kətan üzərində qarışıq texnikada, xüsusilə yağlı boya, akril və sprey boyaları ilə işləməyə üstünlük verir, abstrakt və fiqurativ sənəti sintez etməyi xoşlayır.

Teqlər
Digər fotolar
arrow-up