Kateqoriyalar
Sırala
ID 0146283

“AQEM ölkələrində yaşıl turizm” adlı beynəlxalq konfrans

Bakıda Dövlət Turizm Agentliyi tərəfindən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyi ilə birgə “AQEM ölkələrində yaşıl turizm” adlı beynəlxalq konfrans keçirilib. Tədbir təşkilata üzv ölkələrdə dairəvi iqtisadiyyat prinsiplərinə əsaslanan yaşıl turizmin inkişafı, davamlı turizm modelləri, yerli icmaların turizmə inteqrasiyası və turizmdə ekoloji yanaşmaların təşviqi mövzularına həsr olunub. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, agentlik tərəfindən dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə təbiət əsaslı turizm marşrutlarının inkişafı, həmçinin ekoturizm və aqroturizm istiqamətlərinin genişləndirilməsi prioritetlər sırasındadır. Qlobal iqlim dəyişiklikləri fonunda turizm sektorunun gələcəyi sağlam ətraf mühitin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadədən və dayanıqlı inkişaf prinsiplərinin tətbiqindən asılıdır. AQEM-in baş katibi Kayrat Sarıbay Azərbaycanın sədrliyi altında AQEM-in Asiyada "yaşıl dairəvi turizm"i inkişaf etdirməyə hazır olduğunu bildirib. O vurğulayıb ki, bu konfrans eyni vaxtda həm çağırışa, həm də fürsətə çevrilə bilən turizmin ikili təbiətini xatırladır. Şri-Lankanın Xarici İşlər, Xarici Məşğulluq və Turizm Nazirliyinin (Turizm bölməsi) katibi Suleima Lebbe Naseer isə "yaşıl dairəvi turizm"in resurslardan səmərəli istifadəni, tullantıların azaldılmasını və məsuliyyətli istehlakın təşviqini nəzərdə tutduğunu qeyd edib.

Teqlər
Digər fotolar
arrow-up