Kateqoriyalar
Sırala
ID 0146310

Görmə məhdudiyyətli qarmon ifaçısı Fidan Quliyeva

14 yaşlı Fidan Quliyeva uşaq yaşlarından musiqiyə maraq göstərib. Görmə məhdudiyyətli olmasına baxmayaraq zəngin musiqi duyumuna sahibdir. İstedadı və zəhməti ilə seçilən gənc ifaçı, sağlamlıq imkanları məhdud uşaqlar üçün Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin 10-cu, 38 nömrəli musiqi məktəbinin isə qarmon ixtisası üzrə 9-cu sinif şagirdidir. O, dərslər zamanı müəlliminin ifa etdiyi musiqiləri dinləyərək yaddaşında saxlayır və əsərləri bu üsulla mənimsəyir. Fidan həmçinin qazandığı uğurları ilə də seçilən gənclərdəndir. Belə ki, o, Bakı Gənclər Forumunda fərqlənən natiq kimi birinci yerə layiq görülüb. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi uşaq incəsənət festivalında “Azərbaycan xalq çalğı alətləri ifaçılığı” nominasiyası üzrə birinci yeri qazanıb. 2026-cı ildə İsə “İlin gənci” mükafatına layiq görülüb. Gənc musiqiçinin ən böyük hədəflərindən biri gələcəkdə Prezident mükafatçısı olmaqdır. O, həmçinin təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirmək arzusundadır. 

Digər fotolar
arrow-up