Kateqoriyalar
Sırala
ID 0146511

Zərgər Eduard Şamaryayev

Azərbaycan Rəssamlar İttifaqının üzvü, zərgər Eduard Şamaryayev 1979-cu il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Gənc yaşlarından rəssamlıq və taxta üzərində oymaçılıq kimi sənətlərə uğurla yiyələnsə də, onun əsas arzusu zərgərlik olub. O, 1996-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinin zərgərlik məmulatlarının və bəzək əşyalarının hazırlanması fakültəsinə daxil olub. 1999-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, həmin kollecdə istehsalat təlimi ustası kimi pedaqoji fəaliyyətə başlayıb. Bu günə qədər 3000-ə yaxın tələbə yetişdirib. 28 ildir bu sənətlə məşğul olan Eduard Şamaryayevin əl işlərində Azərbaycan mədəniyyətinin əsrlər boyu qorunub saxlanıldığı milli ornamentləri, eləcə də müasir dünya mədəniyyətinin ən incə zərgərlik nümunələri diqqəti cəlb edir. Azərbaycan Zərgərlər Assosiasiyasının üzvü olan sənətkarın əl işləri bir çox ölkədə sərgilərdə nümayiş olunur.

Digər fotolar
arrow-up