Kateqoriyalar
Sırala
ID 0146586

"UFC Fight Night Baku": Daniil Donçenko və Teodor Berggen döyüşü

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub. Üçüncü qarşılaşmada Ukrayna təmsilçisi Daniil Donçenko (77,44) İsveçdən olan Teodor Berggenlə (77,56) üz-üzə gəlib. Yarımorta çəkidəki döyüşdə ukraynalı idmançı Daniil Donçenko qələbə qazanıb. O, ikinci raundda vaxtından əvvəl rəqibini məğlub edib.

Digər fotolar
arrow-up