Kateqoriyalar
Sırala
ID 0146663

"UFC Fight Night Baku": Rafael Fiziyev və Manuel Torres döyüşü

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub. Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları başa çatıb. Son olaraq əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib. Yüngül çəkidəki görüşdə Rafael Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda Manuel Torresi nokaut edib. Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turnir başa çatıb. Paytaxtdakı ilk belə yarış 2025-ci ildə keçirilib.

Digər fotolar
arrow-up