Kateqoriyalar
Sırala
ID 0146837

Bakıda keçirilən QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu

Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumu keçirilib. İllik toplantıda bankın fəaliyyətinin nəticələri nəzərdən keçirilib, 2025-ci il üzrə maliyyə hesabatları təsdiq edilib, habelə Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunub. Toplantı çərçivəsində “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusunda baş tutan Biznes Forumda isə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də QDTİB-nin ölkəmizdə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında müzakirələr aparılıb. Eyni zamanda, Forumun gündəliyinə uyğun olaraq, regional bağlantıların genişləndirilməsi, şaxələndirilmiş maliyyələşmədirmə mexanizmlərinin dayanıqlı iqtisadi artıma töhfəsi, eləcə də Azərbaycanın Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat qovşağı kimi rolu diqqət mərkəzində olub. Tədbir çərçivəsində müxtəlif təqdimatların, plenar sessiyaların və işgüzar müzakirələrin keçirilməsi, həmçinin sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərin təşkil edilib.

Digər fotolar
arrow-up