Kateqoriyalar
Sırala
ID 0146850

“Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı

Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən birgə hazırlanmış “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı keçirilib. Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, ölkənin qarşısında duran əsas məsələ onun müdafiəsi və təhlükəsizliyidir. Bunun əsasında da Azərbaycan Ordusu dayanır. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın orta güc statusuna malik olması 30 il ərzində aparılan işlər nəticəsində baş verib. Azərbaycan torpaqlarını işğaldan azad edib, iqtisadiyyatı inkişaf edib. Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi polkovnik Abdulla Abdullayev isə qeyd edib ki, ​sülhməramlı əməliyyatlarda iştirak Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və hazırlığının, peşəkarlığının artmasına töhfə verib. Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı missiyasının yaradılması çətin dövrə təsadüf edib.

Digər fotolar
arrow-up