Kateqoriyalar
Sırala
ID 0147143

Ceyhun Bayramov və Əymən Əs-Səfadinin birgə mətbuat konfransı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən Ceyhun Bayramov bildirib ki, Azərbaycan və İordaniya arasında əlaqələr yüksək səviyyədədir. Onun sözlərinə görə, həm təkbətək, həm də geniştərkibli görüş zamanı iki ölkə arasında münasibətlərin bütün istiqamətləri müzakirə olunub. Nazir qeyd edib ki, Azərbaycan iqtisadi nümayəndə heyəti yaxın zamanlarda İordaniyaya səfər edəcək. Onun sözlərinə görə, iki ölkə arasında dostluq bağlarının güclənməsi üçün humanitar sahədə əməkdaşlığın dərinləşməsi ilə bağlı razılıq əldə olunub.

Digər fotolar
arrow-up