Kateqoriyalar
Sırala
ID 0147171

"Fluid art" texnikası ilə əsərlər yaradan rəssam Mehriban Alışova

Mehriban Alışova ixtisasca iqtisadçı olsa da, uşaqlıqdan rəssamlığa olan sevgisi onu incəsənətə gətirib. Bu sahədə peşəkarlaşmaq üçün böyük ustalardan dərs almağa qərar verən rəssam yaradıcılıq yoluna xalq rəssamı Sakit Məmmədovun məktəbini keçən Nizar Məmmədovun tələbəsi kimi başlayıb. Artıq səkkiz ildir peşəkar fəaliyyət göstərən Mehriban Alışova müxtəlif üslublarda işləməyi sevir, xüsusilə də son illərdə geniş maraq doğuran "fluid art" texnikasına üstünlük verir. Boyaların sərbəst axını ilə formalaşan bu üslub hər əsəri təkrarsız edir və rəssama duyğularını sərhədsiz şəkildə ifadə etmək imkanı yaradır. Rəssamın sözlərinə görə, sənət insanın daxili aləmini ifadə etdiyi bir vasitədir. O hesab edir ki, hər kəs hisslərini və düşüncələrini kətan üzərində əks etdirə bilər. Mehriban Alışova emalatxanasında özünü evindən daha rahat hiss etdiyini, əsərlərinin əhatəsində olarkən ən xoşbəxt anlarını yaşadığını söyləyir. O, yaratdığı hər tabloya böyük sevgi və həssaslıqla yanaşdığını, hər bir əsərinin onun üçün xüsusi dəyər daşıdığını deyir.

Digər fotolar
arrow-up