Kateqoriyalar
Sırala
ID 0147220

UEFA Avropa Liqası: "Qarabağ" - "Vestri" oyunu

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" İslandiyanın "Vestri" komandası ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun baş hakimi moldovalı FIFA referisi Roman Jitari olub. Matçın 30-cu dəqiqəsində Zakaria Savo fərqlənərək "Qarabağ"ı hesabda önə çıxarıb. 45+2-ci dəqiqədə Abdullah Zubir qapıya dəqiq zərbə endirərək komandasının hesabına ikinci qolu yazdırıb. Ağdam təmsilçisi 86-cı dəqiqədə hesab arasındakı fərqi daha da artırıb. Oyun "köhlən atların" 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər fotolar
arrow-up