Kateqoriyalar
Sırala
ID 0147256

Psixoloq Aleksandra Mariya

Aleksandra Mariya qadınların öz istək və dəyərlərinə uyğun həyat qurmasına dəstək olan psixoloq və kouçdur. Boşanma, köç və şəxsi böhranlardan keçən mütəxəssis qazandığı həyat təcrübəsini peşəkar fəaliyyətində də tətbiq edir, qadınlara özünəinam qazanmaq, şəxsi sərhədlərini qorumaq və emosional baxımdan daha güclü olmaq yolunda dəstək göstərir. İlk dəfə Bakıya səfər edən Aleksandra Mariya şəhərin qonaqpərvərliyindən və özünəməxsus ab-havasından xoş təəssürat aldığını deyir. Onun fikrincə, azərbaycanlı qadınlar təbii zərifliyi, daxili rahatlığı və özlərini kiməsə sübut etməyə çalışmamaları ilə seçilirlər. Psixoloqun sözlərinə görə, məhz bu keyfiyyətlər Azərbaycan qadınlarının ən güclü cəhətlərindəndir.

Digər fotolar
arrow-up