"Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans
Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İmzalanma Bakıda "Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub. Sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov (sol) və "Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun" baş direktoru Filip Sandvidi (sağ) imzalayıblar. Əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrikada yayılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. BTQ əvvəllər müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə belə sənədlər imzalayırdısa, artıq ölkələrin dövlət orqanları ilə də əməkdaşlığa başlayır.
Digər fotolar
