Kateqoriyalar
Sırala
ID 0147425

Bakıda keçirilən Azərbaycan - Slovakiya biznes forumu

Bakıda Azərbaycan - Slovakiya biznes forumu keçirilib. Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Slovakiya arasında əməkdaşlığın potensialı daha geniş və daha yüksəkdir. Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi onu Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını birləşdirən unikal bir nöqtə kimi yerləşdirir. Bakını isə nazir təkcə regionun ən böyük paytaxtı deyil, həm də onun əsas mərkəzi kimi qiymətləndirib. Slovakiyanın İnvestisiyaların və Ticarətin İnkişafı Agentliyinin (SARIO) Xarici ticarət departamentinin rəhbəri Daniel Ondruş isə bildirib ki, Slovakiya şirkətlərinin Azərbaycana artan marağı iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsindən xəbər verir. Onun sözlərinə görə, forum azərbaycanlı tərəfdaşlarla sıx əməkdaşlığın nəticəsi olub və şirkətlərin yeni işgüzar əlaqələr qura və əməkdaşlığın konkret istiqamətlərini hazırlaya biləcəkləri bir platforma yaratmaq məqsədi daşıyır. Forum çərçivəsində Azərbaycan Turizm Bürosu ilə "Slovakia Travel" arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə və "Slovakia Travel"in baş icraçı direktorunun müavini Martina Urik Viktorinova imzalayıb.

Digər fotolar
arrow-up