Kateqoriyalar
Sırala
ID 0147477

"Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans

Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilir. Tədbir çərçivəsində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, komitə tərəfindən həyata keçirilən layihələrin məqsədlərindən biri dini-mənəvi dəyərlərin qorunmasıdır. Onun sözlərinə görə, digər məqsəd dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin qorunmasıdır. "Baku TV"nin direktoru Ramin Cəfərov isə qeyd edib ki, Azərbaycan dünyada unikal birgəyaşayış, dini tolerantlıq və multikulturalizm modelidir. Onun sözlərinə görə, Azərbaycanda din və media münasibətlərinin sağlam zəmində qurulması, eləcə də uğurlu inkişafının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Teqlər
Digər fotolar
icon
arrow-up