Kateqoriyalar
Sırala
ID 0147657

TƏBİB-in təcili tibbi yardım motosikletləri

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xüsusilə nəqliyyatın sıx olduğu saatlarda və dar küçələrdə çağırışlara daha operativ reaksiya vermək məqsədilə təcili tibbi yardım motosikletlərini istifadəyə verib. Yeni layihə çərçivəsində xüsusi avadanlıqlarla təmin olunmuş motosiklet briqadaları pasiyentlərə ilkin təcili yardımın göstərilməsində mühüm rol oynayacaq. Xüsusi təlim keçmiş tibb heyəti tıxac amilini geridə qoyaraq hadisə yerinə ən qısa zamanda çatacaq və təcili tibbi yardım avtomobili gələnədək xəstənin vəziyyətini stabilləşdirəcək. TƏBİB-dən bildirilib ki, motosikletlərdə defibrilyator, oksigen balonu, ilkin tibbi yardım dəsti və digər zəruri tibbi ləvazimatlar mövcuddur. Bu addım xüsusilə kritik vəziyyətlərdə vaxt itkisinin qarşısını almağa və insan həyatının xilasına böyük töhfə verəcək.

Digər fotolar
arrow-up