Kateqoriyalar
Sırala
ID 0147703

Neftçalanın Xıllı qəsəbəsində duz yığımı

Neftçalanın Xıllı qəsəbəsi Azərbaycanda təbii duz istehsalı ilə tanınan yaşayış məntəqələrindən biridir. Yay aylarında yüksək temperaturun təsiri ilə duz göllərində suyun buxarlanması nəticəsində səthdə duz kristalları əmələ gəlir və yığım mövsümü başlayır. Duz yığımı əsasən əl əməyinə əsaslanır. İşçilər xüsusi alətlər vasitəsilə kristallaşmış duzu toplayaraq emala göndərilmək üçün hazırlayırlar. Bu proses hava şəraitindən asılı olduğundan ən intensiv işlər quraq və günəşli günlərdə aparılır. Xıllıda hasil edilən duz həm qida sənayesində, həm də müxtəlif istehsal sahələrində istifadə olunur. Duzçuluq qəsəbə əhalisinin məşğulluğunda da mühüm yer tutur və mövsüm ərzində bir çox sakin bu sahədə çalışır.

Teqlər
Digər fotolar
arrow-up