Kateqoriyalar
Sırala
ID 0148042

Güləş üzrə U-17 dünya çempionatının dördüncü günü

Bakıda keçirilən U-17 dünya güləş çempionatında qadın güləşçilərin mübarizəsi davam edir. Yarışın dördüncü günündə xalçaya çıxan Azərbaycan millisinin beş təmsilçisindən yalnız Fatimə Bayramova ilk iki görüşünü qələbə ilə başa vurub. 53 kq çəki dərəcəsində çıxış edən Bayramova əvvəlcə təsnifat mərhələsində israilli Sela Rozovu, ardınca isə 1/8 finalda moldovalı Ruslana Karapetiantı hər iki görüşdə 11:0 hesabı ilə məğlub edib. Lakin o, 1/4 finalda ABŞ idmançısı Marli Solomona 1:8 hesabı ilə uduzaraq çıxışını başa vurub. Digər təmsilçilərimizdən Fidan Babayeva (61 kq) ilk görüşündə məğlub olub. Simurə Abdullayeva (69 kq) 1/8 finalda Qırğızıstan təmsilçisi Milana Ulanovaya 6:10 hesabı ilə uduzub. Nuray Cəfərli (46 kq) 1/4 finalda Macarıstan güləşçisi Vivyen Sentpalaya 8:10 hesabı ilə məğlub olub. Gülxanım Şirinova (40 kq) isə yarışa 1/4 finaldan başlayıb və Tunis idmançısı Tasmin Atimniyə 4:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan yarışda 29 idmançı ilə təmsil olunur.

Digər fotolar
arrow-up