Kateqoriyalar
Sırala
ID 0148134

Güləş üzrə U-17 Dünya Çempionatının beşinci günü

Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatı bütün həyəcanı ilə davam edir. 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə pəhləvanın qatıldığı, ölkəmizin isə 29 idmançı ilə təmsil olunduğu mundialın 5-ci günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulur. Təsnifat mərhələsində Abbas Şəfiyev (55 kq) qazaxıstanlı Temirlan Muratla, Rəşid Nazarov (65 kq) ermənistanlı Erik Papikyanla, Hakim Tağıyev (110 kq) isə özbəkistanlı Behruz Aşirovla üz-üzə gələcək. Mübarizəyə birbaşa 1/8 final mərhələsindən başlayacaq pəhləvanlarımızdan Hüseyn Rzazadə (48 kq) Amirali Faz (İran) – Aaryan Aaryan (Hindistan) cütünün, Nihad Süleymanlı (80 kq) isə Martin Mokras (Slovakiya) - Ali Zakirjanov (Qırğızıstan) duellinin qalibi ilə qarşılaşacaq. Paralel olaraq, qadın güləşçilərimiz təsəlliverici görüşlərə çıxacaqlar. Gülxanım Şirinova (40 kq) monqolustanlı Azzaya Battulqa ilə, Fatimə Bayramova (53 kq) isə macarıstanlı Mariya Jitovozla münasibətlərinə aydınlıq gətirəcək.

Digər fotolar
arrow-up