Kateqoriyalar
Sırala
ID 0148183

Güləş üzrə U-17 Dünya Çempionatının beşinci günü

U-17 dünya çempionatı bütün həyəcanı ilə davam edir. 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçinin iştirak etdiyi mundialın beşinci yarış günündə Azərbaycanın beş sərbəst güləşçisi xalça üzərinə çıxıb. 48 kq çəki dərəcəsində mübarizəyə birbaşa 1/8 finaldan başlayan Hüseyn Rzazadə hindistanlı Aaryan Aaryana 5:6 hesabı ilə uduzaraq yarışla erkən vidalaşıb. 80 kq çəki dərəcəsində çıxış edən Nihad Süleymanlı isə uğurlu start götürüb. Güləşçimiz 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Təsnifat mərhələsində mübarizəyə qoşulan Rəşid Nəzərov (65 kq) ermənistanlı Erik Papikyana 1:9, Hakim Tağıyev (110 kq) isə özbəkistanlı Behruz Aşirova 2:3 hesabı ilə məğlub olub və ilk görüşlərində yarışdan kənarda qalıblar. Qadın güləşçilərin yarışında isə Fatimə Bayramova (53 kq) təsəlliverici görüşdə macarıstanlı Mariya Jitovoza 0:2 hesabı ilə uduzaraq medal uğrunda mübarizəni başa vurub. Qeyd edək ki, gün ərzində daha əvvəl təsnifat mərhələsində Abbas Şəfiyevin (55 kq) qazaxıstanlı Temirlan Muratla, Rəşid Nəzərovun ermənistanlı Erik Papikyanla, Hakim Tağıyevin isə özbəkistanlı Behruz Aşirovla qarşılaşacağı açıqlanmışdı. Hüseyn Rzazadə İran təmsilçisi Amirali Faz – Hindistan güləşçisi Aaryan Aaryan cütünün, Nihad Süleymanlı isə Slovakiya təmsilçisi Martin Mokras – Qırğızıstan idmançısı Ali Zakirjanov duelinin qalibi ilə üz-üzə gəlmişdi.

Teqlər
Digər fotolar
arrow-up