Kateqoriyalar
Sırala
ID 0148480

Qayıq ustası Telman Mustafayev

Pirallahı sakini Telman Mustafayev uzun illərdir ki, əl əməyi ilə taxta qayıqlar hazırlayır. O deyir ki, qayıq düzəltməyə marağı hələ məktəb illərində yaranıb. Telman Mustafayevin sözlərinə görə, ilk qayıqlarını 16 yaşında hazırlayıb. Hətta bəzi qayıqları dənizin sahilə çıxardığı taxtalardan düzəldib. 1952-ci ildə Pirallahıda anadan olan usta hərbi xidmətdən qayıtdıqdan sonra bu sənətlə daha ciddi məşğul olmağa başlayıb. Onun hazırladığı qayıqlar əsasən şam ağacından olur. "Şam ağacını özüm yonuram. Əvvəl qayığın ölçülərini müəyyənləşdirir, sonra eskizini çəkirəm. Hər detalı ölçüyə uyğun yığdıqdan sonra işləməyə başlayıram. Bu iş səbir və dəqiqlik tələb edir", – deyə qayıq ustası bildirir. Telman Mustafayev deyir ki, hazırladığı hər bir qayığa xüsusi bağlılığı var: "Düzəltdiyim bütün qayıqları sevirəm. Hər biri mənim üçün əzizdir." Onun hazırladığı əl işi taxta qayıqların qiyməti isə təxminən 6 min manatdır. Bu gün də usta ənənəvi qayıqçılıq sənətini yaşatmağa davam edir.

Digər fotolar
arrow-up