Kateqoriyalar
Sırala
ID 0148497

Bıçaq ustası Seyran Manafov

Közərən ocaq, qızarmış polad və çəkicin ritmik səsi... Burada hər bıçaq uzun zəhmətin və ustalığın nəticəsi olaraq ərsəyə gəlir. 1980-ci ildə İsmayıllı rayonunda dəmirçi ailəsində dünyaya gələn bıçaq ustası Seyran Manafov deyir ki, sənətə marağı uşaqlıqdan, atasının emalatxanasında formalaşıb. Atasının işləyərkən göstərdiyi zəhmət və peşəkarlıq ona ilham verib. O, 2000-ci ildən bu sənətlə peşəkar şəkildə məşğuldur. Emalatxanada polad əvvəlcə yüksək temperaturda qızdırılır, sonra zindan üzərində çəkiclə döyülərək istənilən formaya salınır. Daha sonra bıçaq itilənir, cilalanır və sapı hazırlanır. Usta üçün hər bir bıçaq sadəcə kəsici alət deyil, səbrin, dəqiqliyin və uzun illərin təcrübəsinin məhsuludur. Alovun işığında formalaşan hər bıçaq ənənəvi sənətkarlığın ruhunu yaşadır. Burada hazırlanan hər nümunə ailədən gələn sənət irsini, əl əməyinin dəyərini və ustanın illərlə qazandığı təcrübəni özündə əks etdirir. Bu emalatxanada polad yalnız formaya düşmür, həm də sənət əsərinə çevrilir.

 

Teqlər
Digər fotolar
arrow-up