Kateqoriyalar
Sırala
ID 0148582

Velosiped İdmanı Federasiyasının trek növü üzrə Ölkə Kuboku

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq etdiyi idman təqvim planına əsasən, Respublika Velotrekində velosiped idmanının trek növü üzrə temp yarışlarından ibarət Ölkə Kubokuna start verilib. İki gün davam edəcək yarışda idmançılar 500 metr GİT, çıxmaq şərti ilə qrup yarışı, 1 km və 2 km məsafələrə fərdi ötüşmə, eləcə də 7,5 km məsafəyə skretç növlərində qüvvələrini sınayacaqlar.

Digər fotolar
arrow-up