Kateqoriyalar
Sırala
ID 0148755

Tacikistanlı keramika ustası Nəzər Amanov

Amonov Nəzər 1987-ci ildə Tacikistanda anadan olub. Onun həyatında keramika sənəti xüsusi yer tutur. Ailə ənənəsi olan bu sənətlə əvvəlcə onun dayısı və qardaşları məşğul olub. Zamanla Nəzər Amonov da bu irsə qoşularaq gil ilə işləməyi öz həyatının ayrılmaz hissəsinə çevirib. O, uzun müddət Moskvada keramika emalatxanasında fəaliyyət göstərib. Gələcək həyat yoldaşı ilə də elə orada, birgə iş mühitində tanış olub. Yoldaşının azərbaycanlı olması səbəbindən onlar sonradan yaşayış və fəaliyyətlərini Azərbaycanda davam etdirmək qərarına gəliblər. Artıq 10 ildən çoxdur ki, Nəzər Amonov Azərbaycanda özünün keramika emalatxanasını təsis edib. Emalatxanada keramika üzrə ustad dərsləri də keçir. Nəzər Amonov üçün keramika sadəcə gilə forma vermək deyil; bu, nəsildən-nəslə ötürülən ailə ənənəsini yaşatmaq, əl əməyinin ruhunu və estetikasını hər bir məmulata həkk etmək sənətidir.

Digər fotolar
arrow-up