Kateqoriyalar
Sırala
ID 0148799

"Qarabağ"ın "Dinamo" ilə baş tutacaq oyunöncəsi mətbuat konfransı

"Qarabağ"ın "Dinamo" ilə baş tutacaq oyunöncəsi mətbuat konfransı keçirilib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə Bakıda keçiriləcək cavab oyunu öncəsi komandanın hazırlığı və qarşılaşmadan gözləntiləri barədə danışıb. Qurban Qurbanov bildirib ki, komanda oyuna yaxşı hazırlaşıb və qarşılaşmada müsbət nəticə qazanmağa çalışacaq. Baş məşqçinin sözlərinə görə, bunun üçün ilk oyunda buraxılan səhvlər aradan qaldırılmalı, futbolçular daha diqqətli çıxış etməlidirlər. Qurbanov ardıcıl oyunlarda qol vura bilməməyin futbolçular üzərində müəyyən psixoloji təzyiq yaratdığını da qeyd edib. O, bu cür halların futbolda normal olduğunu və komandanın problemi aradan qaldırmaq üçün çalışdığını bildirib. Baş məşqçi “Dinamo” ilə oyunda heyətdə rotasiyaların olacağını da açıqlayıb. Onun sözlərinə görə, hazırda komandada ən yaxşı fiziki vəziyyətdə olan futbolçu Aleksey Kaşukdur. Heyətlə bağlı son qərarlar oyunöncəsi veriləcək və qarşılaşmanın gedişinə uyğun dəyişikliklər ediləcək. “Qarabağ” – “Dinamo” matçı avqustun 13-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər fotolar
arrow-up