Kateqoriyalar
Sırala
ID 0149315

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində könüllülər üçün keçirilən təlim

Sentyabrın 24-26-da Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin təşkilinə bu il 2 minə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi departamentinin nümayəndəsi Arifə Əliyeva məlumat verib. Onun sözlərinə görə, aprel ayında elan olunan könüllülər proqramına cəmi üç gün ərzində 49 mindən çox müraciət daxil olub. Qeyd edilib ki, 2016-cı ildən etibarən “Formula 1” Azərbaycan Qran-prisinin təşkilində 20 mindən çox gənc könüllü kimi iştirak edib. Onlardan 400-dən çoxu göstərdikləri uğurlu nəticələrə görə sonrakı illərdə tədbirin təşkilində işçi qüvvəsi kimi fəaliyyətlərini davam etdirib. Bildirilib ki, bu il dünyanın müxtəlif ölkələrindən 1550-yə yaxın beynəlxalq könüllü də onlayn müsahibə və təlim mərhələlərindən keçib. Həmçinin qeyd olunub ki, “Formula 1” Azərbaycan Qran-prisinin keçirilməsinin 10 illiyi münasibətilə tədbirlər sentyabrın son həftəsində təşkil olunacaq.

Digər fotolar
arrow-up