Bakı Təşəbbüs Qurupunun Bakıda keçirilən beynəlxalq konfransı
Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilir. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundidən, həmçinin Mərakeş, Cənubi Afrika Respublikası və BMT-dən rəsmi şəxslər iştirak edir. Konfransda KDR Ombudsmanı, Konqo parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları, eləcə də BMT ekspertləri yer alır. Tədbirdə Belçikanın müstəmləkəçilik dövründə KDR, Ruanda və Burundi xalqlarına qarşı törədilmiş cinayətlərə görə rəsmi üzr istəməsi və təzminat ödəməsi məsələlərinin BMT-nin, o cümlədən İnsan Hüquqları Şurasının gündəliyinə çıxarılması müzakirə olunur. İştirakçılar həmçinin reparasiya və restitusiya öhdəliklərinin icrasına nəzarət edəcək beynəlxalq mexanizmin yaradılması, Belçikanın müstəmləkə arxivlərinə çıxışın təmin edilməsi, tarixi materialların və insan qalıqlarının mənşə ölkələrinə qaytarılması məsələlərini müzakirə edirlər.
