Kateqoriyalar
Sırala
ID 0149351

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Normanın mətbuat konfransı

Böyük Britaniya və Azərbaycan ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dankan Norman Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Diplomat Azərbaycanın dinamik inkişaf edən və dünya ilə sıx əlaqələrə malik ölkə olduğunu vurğulayıb. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması və yeni iqtisadi imkanların yaranması həm Azərbaycanın, həm də bütövlükdə regionun gələcəyinə böyük təsir göstərəcək. Dunkan Norman sülh prosesinin iqtisadi tərəfinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Səfir bildirib ki, yaranacaq iqtisadi imkanlar yalnız Azərbaycan üçün deyil, Türkiyə və digər ölkələr üçün də maraq kəsb edir. Səfir Azərbaycan dilini öyrənməyə Bakıya gəlməsindən bir ildən çox əvvəl başladığını bildirib. Daha sonra bir müddət Gəncədə Azərbaycan ailəsinin yanında yaşadığını deyən Norman Azərbaycan dilini öyrənməyə davam etdiyini vurğulayıb. Diplomat üçün Azərbaycan dilini öyrənməyin asan olmadığını, lakin bu prosesi dəyərli təcrübə hesab etdiyini deyib. O, Azərbaycan dilinin zənginliyini və quruluşunu bəyəndiyini, dili öyrənməyin karyerasında verdiyi ən yaxşı qərarlardan biri olduğunu bildirib. Norman danışıq bacarıqlarını daha da inkişaf etdirəcəyinə və gələcək fəaliyyətində Azərbaycan dilindən daha çox istifadə edəcəyinə ümid etdiyini söyləyib.

Digər fotolar
arrow-up