Kateqoriyalar
Sırala
ID 0149441

Camal Abdullayevin Musiqi və Kitab Mərkəzi

7 ildir ki, sənət və kitabsevərlərin ixtiyarına verilən "Musiqi və Kitab Mərkəzi"nin sahibi Camal Abdullayev üçün bu fəaliyyət sadəcə bir iş və ya ticarət deyil, illərin həvəsi, sevgisi və ömür yoludur.1995-ci ildən etibarən kitab satışı və nadir nümunələrin toplanması ilə məşğul olan kolleksiyaçı, otuz ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərərək mədəni irsimizin qorunmasına və yaşadılmasına öz töhfəsini verir. Onun sözlərinə görə, mərkəzin fəaliyyətində əsas məqsəd satışda tapılmayan, arxivlərdə qalmış köhnə musiqi disklərini, nadir valları və unudulmaqda olan kitabları axtarıb tapmaq, onları yenidən sənətsevərlərin və kitab həvəskarlarının ixtiyarına verməkdir. Mərkəzin oxucu və ziyarətçi auditoriyası genişliyi ilə seçilir. Müxtəlif yaş qruplarından olan kitab oxucuları və musiqisevərlər öz zövqlərinə uyğun nadir nümunələri məhz burada tapırlar. 

Digər fotolar
arrow-up