Kateqoriyalar
Sırala
ID 0149531

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu: "Sabah" - "Hapoel"

Bakıda “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu başa çatıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada “Sabah” rəqibini 5:2 hesabı ilə məğlub edib. İlk hissədə İqor Zlatanoviç 10-cu dəqiqədə “Hapoel”i hesabda önə keçirib. “Sabah” 38-ci dəqiqədə Kristian Nvaçukvunun qolu ilə tarazlığı bərpa edib. Qonaqlar 61-ci dəqiqədə Qay Mizrahinin qolu ilə yenidən önə keçiblər. Umarali Raxmonaliyev hesabı 2:2-yə çatdırıb. Telnur Mütəllimov Azərbaycan təmsilçisinin üçüncü qolunu vurub. Patrik Orfe Mbina 101-ci dəqiqədə hesabı 4:2-yə çatdırıb. Coy-Lens Mikels isə 115-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib – 5:2. Beləliklə, “Sabah” iki oyunun nəticəsinə görə “Hapoel”i 6:4 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının növbəti mərhələsinə yüksəlib. Qeyd edək ki, komandalar arasında Rumıniyada keçirilən ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlmişdi.

Digər fotolar
arrow-up