Kateqoriyalar
Sırala
ID 0149547

Bibiheybət qəsəbəsindəki "gəmi qəbiristanlığı"

Bibiheybət qəsəbəsində istismar müddətini başa vurmuş gəmilərin saxlanıldığı ərazi “gəmi qəbiristanlığı” kimi tanınır. Burada vaxtilə Xəzər sularında fəaliyyət göstərmiş, hazırda isə istifadədən çıxarılmış bir neçə gəmi yerləşir. Ərazidə “Əli Əmirov”, “Sabit Orucov”, “Samir Quliyev” və “Aura” kimi gəmilər var. Onlardan “Aura” 2015-ci ildə fəaliyyətini dayandırıb. “Əli Əmirov” geoloji kəşfiyyat gəmisi vaxtilə 200 metr dərinlikdə yerləşən quyuların şlanq-kabel üsulu ilə qazılmasında, eləcə də dalğıc işlərinin aparılmasında istifadə olunub. Gəmilər arasında “Sabit Orucov” xüsusi tarixə malikdir. SSRİ qaz sənayesi naziri Sabit Orucovun adını daşıyan gəmi 1990-cı il 20 Yanvar hadisələri zamanı Bakı buxtasında mühüm rol oynayıb. Həmin günlərdə Bakı buxtasında olan mülki gəmi kapitanlarının məşvərət komitəsi və əməliyyat qərargahı bu gəmidə fəaliyyət göstərib. “Sabit Orucov” həmçinin Bakı buxtasına giriş-çıxışın bağlanmasında iştirak edib.

Digər fotolar
arrow-up