Kateqoriyalar
Sırala
ID 0149723

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu: "Qarabağ" - "Tvente"

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” Niderlandın “Tvente” komandası ilə qarşılaşır. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. 59-cu dəqiqədə “Qarabağ”ın futbolçusu Kadi Borges hesabı açıb və Azərbaycan təmsilçisi 1:0 önə keçib. Qonaqlar 80-ci dəqiqədə Marko Pyatsanın qolu ilə hesabı bərabərləşdiriblər – 1:1. “Tvente” 90+2-ci dəqiqədə Maks Bryunsun qolu ilə hesabda önə keçib – 2:1. Əsas vaxt bu hesabla yekunlaşıb. Niderlandda keçirilən ilk matçda “Qarabağ” 1:0 hesabı ilə qalib gəldiyi üçün iki oyunun ümumi hesabı 2:2 olub və qarşılaşmada əlavə vaxt oynanılıb. Əlavə vaxtın 94-cü dəqiqəsində Vaut Veqhorst fərqlənərək qonaqların hesab arasındakı fərqi artırıb – 3:1. “Tvente” əlavə vaxtın 115-ci dəqiqəsində Yunes Tahanın qolu ilə hesab arasındakı fərqi daha da artırıb – 4:1. Görüşü norveçli FIFA referisi Rohit Saqqi idarə edir.

Digər fotolar
arrow-up