Kateqoriyalar
Sırala
ID 0149732

Şəki Tarix-Diyarşünaslıq Muzeyi

1925-ci ildə yaradılan Şəki Tarix-Diyarşünaslıq Muzeyi Şəki Qala divarları daxilində, XIX əsrə aid tarixi binada yerləşir. Binada 2022–2024-cü illərdə bərpa işləri aparılıb. Muzeyin fondunda 5000-dən çox maddi-mədəniyyət nümunəsi toplanıb, onların 2000-dən çoxu nümayış etdirilir. İnfrastruktur giriş hissəsi, dörd sərgi zalı, rəsm qalereyası, suvenir mağazası və inzibati korpusdan ibarətdir. Birinci sərgi zalı qədim dövrdən XIX əsrin əvvəlinədək olan arxeoloji və tarixi irsi əhatə edir. Burada nehrənin təkamülünü göstərən eksponatlar, tısbağa formalı saxsı dolça, iri taxıl küpü, Sasanilər dövrünə aid gümüş sikkələr, orta əsr hərbi alətləri, saxsı samovar, sufi mənəvi irsinə aid əşyalar və Şəki xanlığı dövrünə aid odlu silahlar sərgilənir.

Teqlər
Digər fotolar
arrow-up