Kateqoriyalar
Sırala
ID 0149816

"Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlara həsr olunmuş mətbuat konfransı

Azərbaycanda toxumçuluq və balıqçılıq sahələrini tənzimləyən yeni qanunlar qüvvəyə minib. Yeni qanunlar müasir tələblərə uyğun olaraq rəqəmsallaşmanın tətbiqini, idarəetmənin təkmilləşdirilməsini və beynəlxalq standartlara uyğunlaşmanı nəzərdə tutur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib. Milli Məclisin iyulun 14-də qəbul etdiyi və Prezident tərəfindən imzalanan hər iki qanun 1997 və 1998-ci illərdə qəbul edilmiş əvvəlki qanunları əvəz edir. Yeni qanunlarda əsas yeniliklərdən biri toxumçuluq və balıqçılıq sahələrində elektron xidmətlərin və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsidir. Məqsəd bu sahələrdə fəaliyyətin daha müasir, şəffaf və səmərəli şəkildə təşkil edilməsidir.

Digər fotolar
arrow-up