Kateqoriyalar
Sırala
ID 0150067

“Global Media Group” növbəti dəfə “Talassemiyasız həyat naminə” könüllü qanvermə aksiyasına qoşulub

Korporativ sosial məsuliyyət prinsiplərini fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən “Global Media Group” cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən humanitar layihələrə dəstəyini ardıcıl olaraq davam etdirir. Media şirkətlər qrupu bu siyasətin tərkib hissəsi olaraq, Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən icra edilən “Talassemiyasız həyat naminə” proqramına yenidən öz töhfəsini verib. Ötən ilin dekabrında keçirilən analoji təşəbbüsün davamı olaraq, 4 sentyabr 2026-cı il tarixində “Report” İnformasiya Agentliyinin ofisində növbəti könüllü qanvermə aksiyası reallaşdırılıb. Tədbirdə qrupa daxil olan media şirkətlərinin əməkdaşları fəal iştirak edərək bu xeyirxah təşəbbüsə qoşulublar. Aksiyanın əsas məqsədi talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün donor qanı ehtiyatının artırılmasına kömək etmək, eyni zamanda, cəmiyyətdə yardımlaşma və həmrəylik mədəniyyətini təşviq etməkdir. Fəaliyyətində yalnız media sahəsindəki layihələrlə kifayətlənməyən “Global Media Group” bu kimi xeyriyyəçilik addımları ilə ictimai rifaha töhfə vermək öhdəliyini bir daha nümayiş etdirib. Şirkət analoji sosial və humanitar təşəbbüslərin gələcəkdə də mütəmadi olaraq keçirilməsini planlaşdırır.

Digər fotolar
icon
arrow-up