Kateqoriyalar
Sırala
ID 0150418

15 Sentyabr 2026 – Yeni tədris ili başlayır

15 sentyabr 2026-cı il Azərbaycanda yeni tədris ilinin başlanması ilə yadda qalır. Bu il 125 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyaraq həyatının yeni mərhələsinə başlayır. Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri Yasamal rayonundakı 21 nömrəli tam orta məktəbdə çıxışı zamanı bildirib ki, məktəb uşaqlar üçün yeni bilik və təcrübələrin qazandırıldığı mühüm mərhələdir: “Bu da o deməkdir ki, 125 min şəxs həyatında yeni bir mərhələyə keçir. Bizim hər birimiz üçün məktəb həyatı, orada öyrəndiklərimizin əhəmiyyəti hər kəsə məlumdur”. Nazir şagirdlərin yalnız yaxşı oxumağa deyil, yaxşı insan olmağa da çalışmalı olduğunu vurğulayıb: “Yaxşı şagird olmaqla bərabər yaxşı insan olmaq üçün də çalışmaq bu vəzifələrdən biridir”. Bu il birinci sinfə gələn uşaqların 90 faizdən çoxu məktəbəqədər hazırlıq keçib. Əmrullayev bunun təhsil nəticələrinə müsbət təsir edəcəyini bildirib: “İnanıram ki, bu onların təhsil nəticələrinə təsir edəcək və ölkənin də təhsilini irəli aparacaq”. Yeni tədris ilində təmayüllü siniflərin əhatəsi də genişlənərək 90 məktəbə çatdırılır. Nazir bu modelin şagirdlərin maraq və ehtiyaclarına uyğun təhsil almasına imkan verdiyini qeyd edib.

Digər fotolar
arrow-up