Kateqoriyalar
Sırala
ID 0150430

SOCAR-ın Enerji Dialoqu Platformasının Etilen-Polietilen Zavoduna təşkil etdiyi mediatur

20 Sentyabr – Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub. Media-tur zamanı zavodun fəaliyyəti, istehsal gücü və ötən illərdə həyata keçirilən modernizasiya layihələri barədə məlumat verilib. Bildirilib ki, zavodda Etilen, Polietilen, eləcə də Buxar və Elektrik Enerjisi İstehsalatı fəaliyyət göstərir. Rekonstruksiya və modernizasiya işlərindən sonra Etilen İstehsalatının illik layihə gücü etilen üzrə 190 min tona, propilen üzrə isə 187 min tona çatdırılıb. 2001-ci ildə istismara verilmiş Buxar və Elektrik Enerjisi İstehsalatı zavodun istehsalat sahələrini buxar və elektrik enerjisi ilə təmin edir. Qeyd olunub ki, “Azərkimya” İstehsalat Birliyinin 2026-cı ildə istehsal gücündən istifadə göstəricisinin 85%-dən çox olacağı gözlənilir. Müəssisə 2025-ci ildə istehsal gücündən 86% istifadə edib. Zavodda istehsal olunan məhsullar əsasən Türkiyə, Estoniya və Çinə ixrac edilir. İlk növbədə Türkiyə bazarının tələbatı ödənilir. Məhsulların Mərkəzi Asiya ölkələrinə də tədarük edildiyi bildirilib. Media-tur çərçivəsində “Azərkimya” İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanıldığı da açıqlanıb. Hazırda avtomatika və idarəetmə sistemlərinin yenilənməsini əhatə edən layihənin mühəndislik mərhələsinin 95%-i tamamlanıb. Növbəti ildən sahə işlərinə başlanılması planlaşdırılır. Bildirilib ki, hazırda məhsuldarlığın artırılması ilə bağlı yeni layihə nəzərdə tutulmayıb. Daha sonra media nümayəndələri zavodun istehsalat sahələri ilə tanış olublar.

Digər fotolar
arrow-up