Kateqoriyalar
Sırala
ID 0150482

"Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfrans

Azərbaycanda dünya və regional əhəmiyyətli çoxsaylı tarixi-dini abidələr mövcuddur. Ölkədə məscid, kilsə və sinaqoqlar da daxil olmaqla yüzlərlə tarixi-dini abidə dövlət tərəfindən qorunur və onların bir qismi bərpa olunub. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfransda bildirib. Onun sözlərinə görə, bu abidələrin hər birinin özünəməxsus tarixi və hekayəsi var. Tarixi-dini abidələrin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. G.İsmayılov Bakıdakı məscidləri, Şamaxı Cümə məscidini, Gəncə İmamzadə kompleksini, Alban və pravoslav kilsələrini, həmçinin Bakı, Oğuz və Qubadakı sinaqoqları tarixi-dini irs nümunələri kimi qeyd edib. Mədəniyyət naziri Adil Kərimli isə bildirib ki, yeni tikililər və infrastruktur layihələri tarixi binalar və abidələr üçün müəyyən təhlükələr yarada bilər. Onun sözlərinə görə, müasir şəhərsalma ilə tarixi-dini abidələrin və digər mədəni irs nümunələrinin qorunması arasında düzgün balans yaradılmalıdır.

Digər fotolar
icon
arrow-up