Kateqoriyalar
Sırala
ID 0150575

ADA Universitetində keçirilən “AZEMBA” proqramının açılışı

AZEMBA proqramı gələcək liderlərin hazırlanması, liderlik və innovasiya bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyır. SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov bildirib ki, proqram çərçivəsində növbəti mərhələdə IE Universiteti və SOCAR Capital Holding-in tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Liderlik və İnnovasiyalar üzrə IE Hub Mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəzin rəhbər şəxslər üçün təhsil, innovasiya, sahibkarlıq, tədqiqat, bilik mübadiləsi və sosial təsir istiqamətlərində imkanlar yaratması planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Rəqabətqabiliyyətlilik və İqtisadi Transformasiya üzrə IE Azərbaycan Rəsədxanasının maliyyələşdirilməsi, “Təhsildə Süni İntellekt”, “Mini-MBA”, eləcə də “Süni İntellekt və Davamlılıq üzrə Rəhbərlərin İnkişafı” proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüslərin liderlik və innovasiya bacarıqlarının inkişafına, tədqiqat və sahibkarlığın təşviqinə, həmçinin Azərbaycanın iqtisadi transformasiyası və davamlı inkişafına töhfə verməsi gözlənilir.

Teqlər
Digər fotolar
arrow-up