Kateqoriyalar
Sırala
ID 0150697

“Formula-1” yarışları ərəfəsində Bakı şəhərinin bəzi küçə və prospektlərində yol hərəkətinin təşkili

“Formula-1” yarışları ərəfəsində Bakı şəhərinin bəzi küçə və prospektlərində yol hərəkətinin təşkilində bir sıra dəyişikliklər edilib. Yarışla əlaqədar şəhərin mərkəzi hissəsində, xüsusilə yarışın keçirildiyi əraziyə yaxın yollarda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmaması və hərəkətin fasiləsiz təmin olunması üçün nəqliyyatın gediş-gəlişinə nəzarət edilir. Yol polisi əməkdaşları əsas nəqliyyat arteriyalarında hərəkəti tənzimləyir, yaranan sıxlıqların qarşısının alınması üçün operativ tədbirlər görülür. Yarış günlərində nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin intensivləşməsi nəzərə alınaraq müxtəlif istiqamətlərdə hərəkətin təşkilinə xüsusi diqqət yetirilir.

Digər fotolar
arrow-up