Kateqoriyalar
Sırala
ID 0150760

Azərbaycan Qran-prisi: “Formula 2”də sərbəst yürüş

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək. Yarışın ilk günündə “Formula 1” üzrə iki sərbəst yürüş keçiriləcək. Bundan əlavə, “Formula 2”də sərbəst yürüş və sıralama turları baş tutacaq. 20 döngədən və 51 dövrədən ibarət Bakı trekinin ümumi uzunluğu 306,049 kilometrdir. Paytaxtda ilk “Formula 1” yarışı 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilib. Sonrakı yeddi turnir isə Azərbaycan Qran-prisi adlandırılıb. 2016-cı ildə almaniyalı Niko Rosberq Bakıda qalib gəlib. Növbəti illərdə Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) finiş xəttini birinci keçiblər. 2023-cü ildə Serxio Peres ikinci dəfə Bakıda qalib olub. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə isə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda “Formula 1” yarışı keçirilməyib. Azərbaycan Qran-prisindən əvvəl “Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla pilotlar çempionatında liderdir. Onun britaniyalı komanda yoldaşı Corc Rassell 211 xalla ikinci, “Ferrari”nin pilotu Lüis Hemilton isə 191 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar Kubokunda “Mercedes” 503 xalla liderdir. “Ferrari” 358 xalla ikinci, “McLaren” isə 306 xalla üçüncü yerdədir. Azərbaycan Qran-prisində ilk günün proqramı: 10:00 — “Formula 2”: sərbəst yürüş. 12:30 — “Formula 1”: birinci sərbəst yürüş. 14:00 — “Formula 2”: birinci sıralama turu. 14:30 — “Formula 2”: ikinci sıralama turu. 16:00 — “Formula 1”: ikinci sərbəst yürüş.

Digər fotolar
arrow-up