Kateqoriyalar
Sırala
ID 0150886

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb. Saat 16:00-da başlayan ikinci sərbəst yürüşdə "Mercedes" pilotu Corc Rassell ən yaxşı nəticəni göstərərək günün əsas diqqət çəkən sürücüsü olub. O, ilk sərbəst yürüşdə olduğu kimi, ikinci sınaq sessiyasında da bütün rəqiblərini qabaqlayıb. Rassellin komanda yoldaşı Andrea Kimi Antonelli ikinci, "Red Bull" pilotu Maks Ferstappen isə üçüncü yeri tutub. Günün ilk sərbəst yürüşündə də Rassell lider olub. Həmin sessiyada Ferstappen ikinci, "Ferrari" pilotu Şarl Lekler isə üçüncü nəticə göstərib. İkinci sərbəst yürüşün nəticələri komandaların və pilotların Bakıdakı trasın xüsusiyyətlərinə uyğunlaşması baxımından növbəti mərhələ olub. Pilotlar yarış tempini və avtomobillərin sazlanmasını qiymətləndirmək üçün müxtəlif sınaqlar həyata keçiriblər. Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarış mərhələsi sentyabrın 26-da başa çatacaq.

Digər fotolar
arrow-up