Kateqoriyalar
Sırala
ID 0150953

Azərbaycan Qran-prisi: "Formula 2"də sprint yarışı

“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi müəyyənləşib. Bakı Şəhər Halqasında keçirilən sprint yarışına saat 08:15-də start verilib. Mübarizənin yekununda “DAMS Lucas Oil” komandasının pilotu Dino Beqanoviç finiş xəttini birinci keçərək yarışın qalibi olub. “Trident” komandasının pilotu Laurens Van Hoepen ikinci, “Rodin Motorsport”dan Aleks Dann isə üçüncü yeri tutub. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da əsas yarışla başa çatacaq.

Digər fotolar
arrow-up